İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

  • By admin
  • 03 Avqust 2020 21:43

İranda son sutka ərzində daha 2 598 nəfərdə koronavirus aşkarlanıb, 215 nəfər vəfat edib.

Gununsesi.info bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 312 035-ə, virus qurbanlarının sayı isə 17 405-ə yüksəlib.

Bundan əlavə, indiyədək 270 228 nəfər sağalıb. Ölkədə 24 402 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 4 104-nün vəziyyəti ağır qiymətləndirilir.

 

 

Gununsesi.info