Ronaldo ilə Messi yenidən üz-üzə

  • By admin
  • 31 Dekabr 2022 17:57

PSJ Fransa qış fasiləsində Səudiyyə Ərəbistanının iki klubunun – “Əl-Nəsr” və “Əl-Hilal”ın futbolçularından toplanmış komanda ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə fransalı jurnalist Adrien Qrenye özünün “Tvitter” səhifəsində yazıb. Bildirib ki, PSJ yanvarın ortalarında “Əl-Nəsr” və “Əl-Hilal”ın aparıcı oyunçularından ibarət komandaya qarşı oynaya bilər.

Qeyd ki, Argentina millisinin üzvü Lionel Messi PSJ-də, Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo “Əl-Nəsr”də oynayır. Beləliklə, sözügedən futbolçular 2023-cü ilin əvvəlində üz-üzə gələ bilərlər.

Gununsesi.info