Belə olsa, istefa verəcək

Pep Qvardiola müqaviləsi başa çatana qədər “Mançester Siti”dən ayrılacağını istisna etməyib. O, ötən ay “Mançester Siti” ilə 2025-ci ilə qədər nəzərdə tutulan iki illik müqavilə imzalayıb.

Gununsesi.info xəbər verir ki, Pep Arsen Venger və Aleks Ferqyuson kimi davranmaq istəmədiyini bildirib:

“Nəyinsə pozulduğunu hiss etdiyim anda istefa verəcəyəm, ya da müqaviləmi yeniləməyəcəm. Mən Ferqyuson və ya Venger kimi davranmaq istəmirəm.

Müqavilə, sadəcə kağızdır. Komandamın, hələ də daha yaxşı oynaya biləcəyini hiss etdiyim üçün müqaviləni uzatdım.

Ancaq sonda hər şey nəticələrdən asılıdır. Bir-birimizdən bezsək, müqavilənin sonunu gözləməyəcəm”.

Gununsesi.info