Nurməhəmmədov növbəti döyüşü üçün ABŞ-a gedəcəyi vaxtı açıqladı

  • By admin
  • 03 Avqust 2020 09:04

UFC çempionu, rusiyalı Həbib Nurməhəmmədov məşqlərə başladığını açıqlayıb. 

Gununsesi.info xəbər verir ki, bununla bağlı o, “Instagram” hesabında məlumat verib. 

Onun sözlərinə görə, amerikalı Castin Qetji ilə döyüşə hazırlaşmaq üçün ağır məşqlərdən keçməlidir.

31 yaşlı Həbib sentyabrda ABŞ-a gedəcəyini, orada Xavyer Mendesin rəhbərliyi alında “American Kickboxing Academy”də məşq edəcəyini bildirib. 

Qeyd edək ki, Həbib ilə Qetji arasında döyüş oktyabr ayında baş tutacaq.

Gununsesi.info