TƏBİB-dən koronavirusla bağlı ÇAĞIRIŞ

  • By admin
  • 03 Avqust 2020 19:50

“Xəstəlikdən sağalmış insanların plazmasından müalicədə istifadə davam edir. Burada tibbi göstərişlər və əks göstərişlər var”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O bildirib ki, hər sağalmış xəstənin qanından istifadə edilmir:

“Burada tibbi amillər var. Həmçinin, bu, könüllü prosesdir. Hər bir sağalan vətəndaş müraciət etsə, diqqətlə yanaşılacaq və könüllü donor olanların bazası yaradılsa, o donorlar cəlb olunacaq”.

“Proses davam edir. Sağalan və könüllü olan vətəndaşlar müraciət etməlidir. Plazmalara xəstələrin sağalmasında böyük ehtiyac var”, – deyə, o qeyd edib.

Gununsesi.info