Ədalətsiz hakimin səlahiyyət müddəti uzadılmadı

  • By admin
  • 21 Dekabr 2021 21:27

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, bəzi hakimlərin səlahiyyət müddətinin uzadılması təsdiqlənib. Lakin səlahiyyət müddəti bitən Nərimanov Rayon Məhkəməsinin hakimi Quliyev Vüqar Şahbaz oğlunun səlahiyyət müddəti uzadılmayıb.

V.Quliyev 2018-ci ildən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.

Qeyd edək ki, hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək – 66 yaşınadək uzadılır. Ali Məhkəmədə isə bu hədd 68 yaşdır.

Qeyd edək ki, Vüqar Quliyev bir çox ədalətsiz hökmlərin müəllifi kimi tanınır.

Gununsesi.info