“Fənərbağça” ekvadorlu futbolçunu transfer etdi

  • Müəllif: admin
  • 28 Avqust 2020 21:16

Türkiyə “Fənərbağça”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Ekvador millisinin yarımmüdafiəçisi Enner Valensiyanı transfer edib.

Son komandası Meksika “Tiqres”i olan 31 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, E.Valensiya İngiltərədə “Vest Hem” və “Everton” klublarının da formasını geyinib.

 

Gununsesi.info