Nura Suri: “Məndən böyük məbləğdə yardım istəməyin” - KEÇMİŞ ƏRLƏRİMDƏN QALAN EVLƏRİ SATIB, UŞAQLARIMI OXUTDUM

  • By admin
  • 01 Avqust 2020 22:08
Azərbaycanın tanınmış müğənnisi Nura Suri özünün sosial şəbəkə hesabında ictimai marağa səbəb olacaq paylaşım edib.
Gununsesi.org həmin qeydləri təqdim edir :
“Bir məsələyə aydınlıq gətirmək istəyirəm: Mən milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yoxdur.
Day-dayım və ya sevgilim də həmçinin. Haqqımda danışılan söhbətlərin mənimlə heç bir əlaqəsi yoxdur. Buna əmin ola bilərsiniz. Keçmiş həyat yoldaşlarımdan aliment filan da almıram. Üçotaqlı evdə yaşayıram və 2013-cü ildə alınan avtomobil idarə edirəm.
Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarıma xarici məktəb və universitetlərdə təhsil vermişəm (hazırda davam edir). Bunu etdiyimə görə özümə ayrıca hörmətim var. Heç bir müəmmallı gəlirim falan da yoxdur.
Uzun illər məşhur restoranlarla çalışmışam, reklam, ictimaiyyətlə əlaqələr, gecələrin və açılışların təşkilat işləri ilə məşğul olmuşam. Bilirsiniz ki, Fevraldan işlərimiz dayanıb. Buna baxmayaraq mütəmadi və uzun illər yardım etdiyim ailələr var.
Xahiş edirəm, inboxa yazıb məndən böyük məbləğdə yardımlar istəməyin. Mən məmur deyiləm, biznesmen deyiləm, oliqarx deyiləm. Bacardığım qədər yardım edirəm. Hər gün ən az 10-15 nəfər məndən yardım istəyir. 18 yaşımdan reklamsız yardımlar etmişəm.
Sonuncu dəfə aksiya keçirdik, qarşılaşdığım problemləri gördünüz. Bundan sonra yardım aksiyası keçirməyə çəkinirəm, hətta qorxuram da. Sadəcə tanıdığım ailələrə yardım etməyə imkanım daxilində davam edəcəm.”
Gununsesi.org