Paşinyanın gərgin anları: Qarabağla bağlı sualdan sonra…

  • By admin
  • 15 Mart 2023 14:30

Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyasının İdarə Heyətinin ötən gün baş tutan iclasında gərgin anlar yaşanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

“Bizə məlumat verildi ki, görüş 4 saatdan çox davam edib və çox gərgin şəraitdə keçib. Paşinyanın əhvalı pis idi. Görüşün əvvəlində Paşinyana Ermənistan və Qarabağ ətrafında baş verən hadisələr, xüsusən də Laçın dəhlizi ilə bağlı sual veriblər. Baş nazir deyib ki, bu məsələdə yaxşı heç nə yoxdur. Arsen Torosyanın ətrafında baş verən hadisələrin müzakirəsi başlayanda, görüş, xüsusilə gərginləşib. Torosyan müxtəlif səbəblər göstərərək vəzifədə olduğu müddətdə koronavirusla mübarizə bəhanəsi ilə bu qədər sui-istifadələr edilməsinə hər cür bəraət qazandırmağa çalışıb.

O, iclası, Paşinyanla görüşmək və məsələyə aydınlıq gətirmək üçün yaxşı fürsət hesab edib, lakin baş nazirlə dil tapıb, sonuncunu onunla daha yumşaq davranmağa inandıra bilməyib. Paşinyan Torosyanın bəhanələrinə çox quru reaksiya verib, demək olar ki, ona qulaq asmayıb.

Baş nazir xüsusilə ilkin araşdırmanın gedişatını gözlədiyini, bundan sonra hansı addımlar atacaqlarının bəlli olacağını açıqlayıb. Heyətin digər üzvləri isə söhbətə qarışmayaraq susub. Keçmiş Səhiyyə Nazirliyinin rəhbəri bildirib ki, əgər komanda inanmırsa, deməli, onun işi yoxdur”, – “Joqovurd” qeyd edir.

Gununsesi.info