TƏBİB-in tabeliyindəki 91 publik hüquqi şəxsin 2701 tibb müəssisəsi fəaliyyət göstərib, bu müəssisələrdə 93,1 min tibb heyəti çalışıb ki, onlardan 16,9 mini həkim heyəti olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

Məlumata görə, 2024-cü il ərzində tabeli tibb müəssisələrinə 1,6 min namizəd həkim heyəti üzrə, 1,5 min namizəd orta tibb heyəti üzrə, 2,7 min namizəd digər kateqoriyalar üzrə işə qəbul olunub, müsahibə tələb olunan vəzifələr üzrə daxil olmuş 1,2 min müraciətdən 711 müraciətə müsbət rəy verilib. Tibb müəssisələrinin rəhbər vəzifələri üzrə 79 namizəd işə qəbul olunub. İşə qəbulla bağlı daxil olan tibb müəssisələri üzrə müsahibəsiz 748 müraciət üzrə 494 nəfərə müsbət rəy verilib.

Bununla yanaşı işğaldan azad olunmuş ərazilərdə həkim heyəti üzrə 11 namizəd, orta tibb heyəti üzrə 29 namizəd, digər kateqoriyalar üzrə isə 25 namizəd işə qəbul olunub.

 

 

 

Gununsesi.info